BAKI, 24 aprel. TELEQRAF

“Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Meyarlar “Aviasiya haqqında” qanununun 62.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və pilotsuz uçuş aparatı sistemlərinin (bundan sonra – PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir.

Bu Meyarlarda istifadə edilən anlayışlar Qanunla və Azərbaycanın digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.