BAKI, 25 aprel. TELEQRAF
"Stomatologiya sahəsində monitorinqlər aparılacaq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunun müzakirəsi zamanı deyib.
"Plastik cərrahlar sahəsində ciddi nöqsanlar oldu. Mərhələləli şəkildə tibbin digər xidmətlərində, həmçinin stomatologiya sahəsində də araşdırmalar aparılacaq. Bütün tibb xidmətləri sahəsində peşəkarların olması müstəqdir", - deyə komitə sədri vurğulayıb.