BAKI, 24 aprel. TELEQRAF
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmçinin “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli qərarı da ləğv olunub.
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.
Qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qoruq öz fəaliyyətində Azərbaycan Konstitusiyasını, Azərbaycan qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarını, həmçinin digər aktlarını, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Bu dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına,Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.
Qoruq Dövlət Xidməti ilə razılaşdırılmış iş planlarına uyğun fəaliyyətinə dair yarımillik və illik hesabatı Dövlət Xidməti vasitəsilə Nazirliyə təqdim edir.