BAKI, 24 aprel. TELEQAF
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq olunub.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Başqa imzalanan qərarla isə Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.
Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədini və mühafizə zonasını ümumilikdə 13.90 ha ərazini əhatə edəcək.
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun sərhədini və mühafizə zonasını isə ümumilikdə 80.1948 ha-dır.