BAKI, 24 aprel. TELEQRAF

"Nə vaxtsa ola bilər ki, biz yenidən proporsional sistemə qayıdaq".

Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Milli Məclisi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirdiyi elmi-praktik konfransda deyib.

O bildirib ki, hazırkı dövrün tələbi mojoritar sistemdir:

"Azərbaycan Konstitusiyası çox dəyişikliyə məruz qalıb. Tələbələr sual verirdilər ki, necə oldu ki, ABŞ Konstitusiyası 1787-ci ildə qəbul edilib və bu günə kimi həmin konstitusiyaya sadəcə, 27 əlavə edilib. Azərbaycanın müstəqillikdən bu tərəfə olan dövrünə nəzər salsaq, konstitusiya qəbul olunandan bu yana ölkəmizin keçdiyi inkişaf yolu Avropa dövlətləri və ABŞ-nin vaxtilə 100 ilə keçdiyi inkişaf yoluna bərabərdir. Yəni həmin ölkələrin 100 ilə keçdiyi yolu Azərbaycan iki on ilə keçib".