BAKI, 22 aprel. TELEQRAF

"Konstitusiyaya dəyişiklik edilərsə, bəzi məsələlər aradan qaldırılmalıdır".

Teleqraf xəbər verir ki, bunu “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Milli Məclisi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

O bildirib ki, Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişiklik praktikada problem yaradır.

“Sənədə əsasən, 15 yaşlı uşaqlar əmək müaviləsi bağlaya bilməzlər. Lakin idmanın müxtəlif sahələrində, məsələn gimnastikada, film çəkilişlərində uşaqlar əməyə cəlb edilirlər. Bu predmet Əmək Məcəlləsinin işidir. Bununla bağlı addımlar atıla bilər".