BAKI, 23 aprel. TELEQRAF
Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsidə bu gün müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Energetika nazirinin müavini Samir Vəliyev deyib.
"Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb. Burada əsas məqsədlərdən biri də resurslardan səmərəli istifadəyə şərait yaratmaqdadır. Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatır”, - deyə o qeyd edib.