BAKI, 22 aprel. TELEQRAF

“Hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574.9 milyon manatlıq pozuntu aşkar edilib və büdcəyə 113.3 milyon manat zərər dəyib. Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin”.

Teleqraf xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, eyni zamanda, sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur:

“Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısı hazırlanması da həyata keçirilməsi tövsiyə olunandır. Strateji plana uyğun olaraq 98 əsas performans göstəricisindən (KPİ- Key Performance İndicators) ibarət monitorinq çərçivəsi tətbiq edilib. Əvvəlki illərdə bu göstərici 90 idi, hansı yeni göstəricilər əlavə edilib və ümumiyyətlə seçim meyarları necədir? Hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yənu 76.0 faizi uyğunluq auditidir. Cəmi 4 maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətin əhatə dairəsinə təsirsiz ötüşmür”.