BAKI, 21 aprel. TELEQRAF
“Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni qaydalara əsasən, turizm və rekreasiya zonaları da vaxtında toplanması və daşınması təmin edilməli olan ərazilər kimi tanınacaq.
Bundan sonra çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin, abidələrin yaxınlığında, həmçinin turizm və rekreasiya zonalarının ərazilərində poliqonlar üçün sahələrin ayrılmasına qadağa qoyulur.