BAKI, 11 aprel. TELEQRAF

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların idxalı gömrük rüsumundan azad edilib.

Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.