BAKI, 11 aprel. TELEQRAF

“Qəzalı binalarla bağlı hökümətin çox ciddi planları var. 16 minə yaxın mənzil yenidən tikilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputatı Fazil Mustafa deyib.

O, Yasamalda evin qanunsuz şəkildə dağıdılmasına diqqət çəkib:

“Yasamaldakı evin dağıdılması qanunsuz, əsassız idi. Sahibkarların hüquqlarının qorunması da gündəmdə olmalıdır. Sahibkarlar tikintini başlaya bilmirlər. Bir sahədə 72 mənzil var, bunun hamısı ilə razılaşa bilmirlər. Əlbəttə, mülkiyyətçi kimi vətəndaş haqlıdır. Optimal qiymətləndirmə zamanı mübahisələr yaranır. Optimal qiymətlər müəyyən olunmalıdır. Bu olmasa, qəzalı binalarla bağlı problem bitməyəcək”.