
BAKI, 9 aprel. TELEQRAF
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda qeyd olunub:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə cansağlığı, uzun ömür və uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək Uca Allahdan Azərbaycan Respublikasına və dost xalqınıza davamlı inkişaf, tərəqqi, firavanlıq, İslam ümmətinə və bütün bəşəriyyətə xeyir-bərəkət diləyirəm".