BAKI, 9 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xeyir-duamı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Hər şeyə qadir olan Uca Allahdan Sizə cansağlığı və səadət, müsəlman ümmətinə firavanlıq arzulayıram".