BAKI, 9 aprel. TELEQRAF

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Teleqraf-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.

Onun sözlərinə görə, Komissiyaya daxil olan müraciətlərin hər biri araşdırılacaq.

Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.