BAKI, 7 aprel. TELEQRAF

Çoxuşaqlı ailə kriteriyası məsələsinə baxmaq yenidən tövsiyə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Milli Milli məclisin deputatı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təkliflə çıxış edib.

Komitə sədri bildirib ki, sözügedən məsələ tez-tez müzakirə mövzusuna çevrilir:

"Ölkədə təbii artım aşağı düşüb. Əvvəllər 160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 minə edib. Buna görə də çoxuşaqlı ailələrlə bağlı 5 və daha çox uşaq məsələsinə yenidən baxmaq, yəni çoxuşaqlı ailə anlayışında sayı aşağı salmaq barədə düşünmək olar. "Demoqrafik İnkişaf Haqqında Dövlət Proqramı"nın qəbul olunması barədə düşünməli və hökumətə də təkliflər verməliyik".