
BAKI, 3 aprel. TELEQRAF
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi şəxsən öz adımdan və Qırğızıstan xalqı adından Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Novruz qədim zamanlardan birlik və barışıq, sülh və tərəqqi rəmzi olub.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın və dövlətlərimizin rifahı naminə bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".
Həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik
edib.
Təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Qoy Ulu Tanrı müqəddəs ayda gördüyümüz bütün xeyirxah işlərimizi qəbul etsin və bu mübarək bayram əmin-amanlığımızı, xoşbəxtliyimizi artırsın. Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərləri əks etdirən bu bayram hər bir evə səadət və hüzur gətirsin, qardaş xalqlarımıza isə sülh və firavanlıq bəxş etsin.
Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və əmin-amanlıq arzulayıram".