BAKI, 5 oktyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində görülən işləri və onun region ölkələrinə təqdim etdiyi yeni imkanları iranlı həmkarı Abbas Əraqçiyə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı tərəflər yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisinin tezliklə başa çatdırılmasının vacibliyini də vurğulayıblar.
Nazirlər kommunikasiyaların açılması nəticəsində yaranan üstünlükləri və regional qarşılıqlı əlaqə proqramlarını müzakirə ediblər.
Tərəflər Ermənistan-İran sərhədində ikinci körpünün tikintisini və iki ölkə arasında yükdaşımaların sadələşdirilməsini müzakirə ediblər.
Ararat Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində görülən işləri və onun region ölkələrinə təqdim etdiyi yeni imkanları təqdim edib.