BAKI, 4 sentyabr. TELEQRAF

“Rusiya qərar versə, təkcə Gümrü şəhərindəki 102-ci hərbi bazasını yox, sərhəd qoşunlarını da Ermənistandan çıxaracaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Abramyan deyib.

Siyasətçinin fikrincə, Ermənistan hökuməti Rusiya bazasını çıxarmaq üçün uzun zaman gözləməyəcək və bunu Moskvada da anlayırlar:

“Paşinyan ötən gün bəyan etdi ki, Rusiya bazasının çıxarılmasına etirazı yoxdur və onun Ermənistandakı mövcudluğu həyati zərurət deyil. Moskva Ermənistandakı hərbi mövcudluğunu yalnız həmin hərbi baza ilə deyil, həm də sərhəd qoşunları vasitəsilə təmin edir. Hərbi baza çıxarılarsa, sərhəd qoşunlarının çıxarılması da zaman məsələsinə çevriləcək. Üstəlik, Moskvanın İrəvanın bu təşəbbüsünü reallaşdırmaq üçün çox da gözləyəcəyini düşünmür.

Mövzunun geosiyasi aspektini bir kənara qoyaraq, sadəcə bir məsələni anlamaq istəyirəm: Rusiya çıxdıqdan sonra Ermənistan-Türkiyə və Ermənistan-İran kimi uzun sərhədləri kim qoruyacaq? Təlim toplanışlarının iştirakçıları, “Vətənin Müdafiəçisi” qrupları, yoxsa xidmət müddəti qısaldılmış müddətli hərbçilər?”.