BAKI, 26 may. TELEQRAF

Ermənistan hazırda 6-7 ölkədən silah-sursat tədarük edir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında keçirilməsi planlaşdırılan hərbi paraddan danışarkən, orada xarici ölkələrdən alınmış müasir silahların nümayiş etdiriləcəyini bildirib:

"Paradda xaricdə istehsal olunmuş müasir silahları təqdim edəcəyik. Silah tədarükü mənbələrini şaxələndirməyimiz çox mühümdür. Artıq 2-3 yox, 6-7 ölkədən silah alırıq. Bu, seçim imkanımızın olması baxımından vacibdir".

Baş nazir paradda Ermənistanda istehsal olunan müasir hərbi texnikanın da nümayiş olunacağını vurğulayıb:

"Ən əsası, müəyyən miqdarda Ermənistanda istehsal edilmiş müasir silah-sursat da olacaq".