BAKI, 26 may. TELEQRAF

“Ermənistanın təhlükəsizliyinin və sülhünün qarantiyası güclü və bacarıqlı ordudur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Sülh üçün ilk növbədə ordumuza ehtiyacımız var. Əlbəttə, biz sülhə hazırlaşırıq, həm də başa düşürük ki, güclü və bacarıqlı ordu sülh üçün çox vacibdir. Güclü və bacarıqlı ordusu olmayan bir ölkə təcavüz üçün cəlbedici ola bilər. Buna görə də, həmişə güclü və bacarıqlı ordumuz olmalıdır, amma onun vəzifəsi beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisini qorumaq olmalıdır. Bu, təhlükəsizlik və sülhün qarantıdır, bu, dövlətimizi nəsildən-nəslə ötürəcəyimiz qarantdır”, - Paşinyan bildirib.