BAKI, 8 aprel. TELEQRAF

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan İranın bu ölkədəki səfiri Xəlil Şirqolami ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı infrastrukturun inkişafı sahəsində həyata keçirilən birgə proqramların əhəmiyyəti vurğulanıb. Tərəflər xüsusilə "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində reallaşdırılan Qacaran-Aqarak yolunun inşası prosesini müzakirə ediblər.

K. Qaleçyan qeyd edib ki, görülən intensiv işlər və layihəyə cəlb olunmuş İran şirkətinin fəallığı sayəsində tikinti prosesini planlaşdırılan müddətdə - 2027-ci ilə qədər yekunlaşdırmaq mümkün olacaq.