BAKI, 8 aprel. TELEQRAF
İsrailin Livana hücumları onun beynəlxalq gərginliyin azaldılması səylərini pozmaq niyyətini əks etdirir və bu, yəhudi dövlətinin regionu xaosa salmaq üçün yeni bir cəhdidir.
Teleqraf xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Mətndə qeyd olunur ki, ABŞ və İranın atəşkəs elan etməsindən sonrakı gün İsrailin kobud qanunsuzluqları regional və beynəlxalq səviyyədə gərginliyin azaldılması, dialoq və diplomatiyanın təşviqi səylərini pozmaq üçün qəsdən edilən hərəkətlərdir. İsrail regionu xaosa salmaq üçün cəhdlərini davam etdirir".