BAKI, 8 aprel. TELEQRAF
Bütün dünya ABŞ-nin regionda atəşkəs öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini izləyir.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında bildirib.
"İran və ABŞ arasında atəşkəsin şərtləri aydın və birmənalıdır: Vaşinqton ya atəşkəsi seçməli, ya da İsrailin köməyi ilə müharibəni davam etdirməlidir. Bu iki variantın birləşməsi mümkün deyil" - nazir bildirib.
Əraqçi əlavə edib ki, bütün dünya Livandakı hadisələri izləyir. "İndi top ABŞ-nin meydanındadır və qlobal ictimai rəy ölkənin öz öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini görmək üçün izləyir".