BAKI, 8 aprel. TELEQRAF
Yaxın Şərqdə atəşkəs regionda müharibəyə son qoymaq üçün danışıqların əsasını təşkil edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
İran prezidenti vurğulayıb ki, bu atəşkəs müharibəyə son qoymaq və regionda təcavüzün olmamasını təmin etmək üçün danışıqların əsasını təşkil edə bilər.
Bəyanatın mətni İslam Respublikası Prezidentinin Telegram kanalında yerləşdirilib.