BAKI, 8 aprel. TELEQRAF

ABŞ İranın Hörmüz boğazından keçən gəmilərə tətbiq etdiyi rüsumlara qarşıdır, lakin Vaşinqton və Tehranın bu variantı birgə həyata keçirmə ehtimalı yaxın iki həftə ərzində müzakirə olunacaq.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib.

"Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp bu ideyanı irəli sürüb və bu, növbəti iki həftə ərzində müzakirə olunacaq. Lakin prezidentin ilk prioriteti boğazı heç bir məhdudiyyət olmadan, istər rüsum, istərsə də başqa bir şey olsun, açmaqdır. Prezident dünən axşam sosial media paylaşımında çox açıq şəkildə bildirib ki, atəşkəs üçün şərt Hörmüz boğazının sərbəst və dərhal açılmasıdır; rüsumlar da daxil olmaqla, heç bir məhdudiyyət olmadan", - deyə o əlavə edib.

İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin nümayəndəsi Həmid Hüseyni bir müddət əvvəl "Financial Times" qəzetinə verdiyi açıqlamada bildirib ki, Tehran Hörmüz boğazından keçən neft tankerləri üçün hər barel üçün 1 dollar almaq, eləcə də istənilən gəmini yoxlamaq imkanına malikdir.