![](https://teleqraf.az/storage/2024/02/19/715x378/irakli-kobakhidze.jpg)
TBİLİSİ, 13 fevral. TELEQRAF
“Avropa Parlamentinin qətnaməsinin bizim üçün heç bir dəyəri yoxdur. Növbəti, artıq 6-cı qətnamə tamamilə ədalətsizdir və Gürcüstan dövlətinə, KİV azadlığına hücumdur”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cür qətnamələr Gürcüstan cəmiyyətində Avropa bürokratiyasının reputasiyasına çox ciddi təsir göstərir.
“Ümid edirik ki, Avropa İttifaqı, Avropa institutları və bürokratiyası gələcəkdə dəyişəcək, belə ki, hazırkı tendensiyalar kifayət qədər sərtdir”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, bu gün Avropa Parlamentində Gürcüstan əleyhinə qətnamə səsə qoyulacaq. Sənəd layihəsində Gürcüstan hakimiyyətinin legitimliyinin tanınmamasına və bir sıra rəsmi şəxslərə sanksiyaların tətbiqinə çağırış yer alıb. Bildirilib ki, Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının qanuni təmsilçisi kimi tanımaqda davam edəcək.