TBİLİSİ, 12 fevral. TELEQRAF

“Biz Gürcüstanın imicini ləkələməyə və ölkəni beynəlxalq aləmdə nüfuzdan salmağa yönəlmiş bəyanatlar eşidirik və çox təəssüf ki, bunu bizim Baltikyanı dostlarımız edir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili estoniyalı həmkarı Marqus Tsaxanın bəyanatını şərh edərkən söyləyib.

Nazir estoniyalı siyasətçilərin Gürcüstana hücumlarının yeni olmadığını, onların bəyanatlarının iki ölkə arasındakı dostluq münasibətlərinə tamamilə uyğun gəlmədiyini deyib.

Qeyd edək ki, Estoniyanın XİN başçısı Marqus Tsaxna ölkə parlamentində çıxışında bildirib ki, Gürcüstan hazırkı kursunu davam etdirsə, Avropa İttifaqına daxil ola bilməyəcək. O, Estoniyanın Gürcüstana qarşı sanksiyaları sərtləşdirməyə və vizasız gediş-gəliş rejimini ləğv etməyə hazır olduğunu vurğulayıb.