CƏLİLABAD, 9 dekabr. TELEQRAF
Cəlilabadda Dövlət Məşğulluq Xidmətinin vətəndaşa verdiyi 20 arı ailəsi qısa müddətdə tələf olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Pərdi kənd sakini Asif Əliyev təsərrüfat yaratmaq üçün aidiyyəti quruma müraciəti əsasında 20 arı ailəsi ilə təmin edilib.
Lakin bir müddət sonra bütün arı ailələrinin məhv olduğu məlum olub.
Asif Əliyev bildirir ki, arılar xəstəlik səbəbindən tələf olub. O, məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinə müraciət edib və qurumun nümayəndələri təsərrüfata baxış keçiriblər və araşdırmalar aparılır.