BAKI, 16 sentyabr. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts ABŞ-yə səfərini ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Kansler BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli debatlarında iştirak etməyəcək.

KİV bunu Fridrix Mertsin Berlində qalmaq zərurəti ilə izah edərək, qərarın təfərrüatlarını açıqlamayıb.