BAKI, 5 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski bu il Qərb tərəfdaşlarının hava hücumundan müdafiə sistemləri üçün göndərdiyi raketlərin sayını üç dəfə azaltdığını deyib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Telegram" kanalında bildirib.
V. Zelenski qeyd edib ki, 2025-ci illə müqayisədə 2026-cı ilin ilk altı ayında Ukraynaya kəskin şəkildə az raket verilib: "Bu raket qıtlığı təkcə yayda deyil, ilin bütün birinci yarısında yaşanıb".