BAKI, 11 iyul. TELEQRAF
Finlandiya ordusu müasir döyüş meydanında pilotsuz uçuş aparatlarının (PUA) yaratdığı artan təhdidlərə qarşı yeni təlimlərə başlayır.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin payızından peşəkar hərbçilər, 2027-ci ildən isə əsgərlər bu sistemlərdən istifadəni öyrənəcəklər.
Orduda dronlarla mübarizə üçün xüsusi bölmələr yaradılacaq və NATO standartlarına uyğun olaraq yeni texnologiyaların sınaqları keçiriləcək.