BAKI, 19 iyun. TELEQRAF
“Avropa dövlətlərinin enerji və miqrasiya sahələrindəki səhv siyasəti fəlakətli nəticələrə gətirib çıxarıb, nəticədə Avropa əvvəlki kimliyini əbədi olaraq itirmək riski ilə üzləşib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Avropalılar enerji və miqrasiya ilə bağlı hər şeyi səhv edirlər, bu problemləri həll etməsələr, Avropa heç vaxt əvvəlki kimi olmayacaq. Yəqin ki, bu problemləri həll edə bilməyəcəklər. Miqrasiya fəlakətdir, bütün bu külək turbinləri ilə bağlı energetika siyasəti də iflasa uğrayıb, bu da bir fəlakətdir”, - Amerika lideri bildirib.