BAKI, 17 iyun. TELEQRAF

“Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə G7 sammiti çərçivəsində görüşdə sülh danışıqlarına hazırlıq təsdiqlənib”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

“Prezident Zelenski ilə birlikdə ABŞ Prezidenti Donald Trampa sülh danışıqlarına hazır olduğumuzu açıq şəkildə bildirdik. Danışıqlar düzgün mövqelərdən başlamalıdır. Rusiyanın Ukraynanın Donbasın azad hissəsindən imtina etməsi tələbi qəbuledilməzdir”, - Merts qeyd edib.

Kanslerin sözlərinə görə, Avropada Tramp barəsində onun bu cür qiymətləndirməyə tədricən açıldığı və birlikdə müharibəyə son qoymağın yolunu axtardığı təəssüratı yaranıb.

Merts vurğulayıb ki, G7 ölkələrinin liderləri Ukraynada üzrə ortaq mövqeyə gəliblər, onlar Rusiyanın müharibəni hərbi yolla qazana bilməyəcəyinə inanırlar və mövcud dinamika ilk dəfə olaraq sülh üçün fürsət yarada bilər: “Yeni olan odur ki, bütün G7 tərəfdaşları vəziyyətin qiymətləndirilməsində ortaq mövqeyə gəliblər. Fikrimcə, bu, çox yaxşı xəbərdir, çünki müharibə son günlərdə və həftələrdə yeni dinamika qazanıb”.

Almaniya lideri əlavə edib ki, Ukrayna Avropanın sayəsində yeni güc mövqeyindən çıxış etməyə başlayıb: “Zənnimcə, indi vəziyyət olduqca aydındır: Rusiya bu müharibəni hərbi yolla qazana bilməz. Digər yandan, Rusiya iqtisadiyyatı müharibənin və sanksiyaların yükü altında əziyyət çəkir. Bu vəziyyət bəlkə də ilk dəfə sülh üçün şans yaradır. G7 olaraq, bu fürsətdən birlikdə istifadə etmək istəyirik”.