BAKI, 16 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, bu, Kiyevin Moskva ilə dalana dirənmiş sülh danışıqlarını bərpa etməyə çalışdığı vaxtda, təxminən dörd aydan sonra ilk belə görüş olub.
Volodimir Zelenskinin özü də Donalda Trampla görüşü təsdiqləyərək, sosial mediada birgə fotolarını paylaşıb.