BAKI, 11 iyun. TELEQRAF
“Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə səyləri fəal şəkildə dəstəkləməyə davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Qara dəniz hövzəsində uzunmüddətli təhlükəsizlik şimalımızda davam edən müharibənin dayandırılmasından asılıdır. Rusiya ilə Ukrayna arasında sülhü bölgəmizdə sabitliyin təmin edilməsi üçün vacib hesab edirik. Türkiyə bu istiqamətdə hər iki tərəfi fəal şəkildə dəstəkləməyə davam edəcək. Ümid edirik, beynəlxalq hüquqa əsaslanan davamlı və ədalətli sülh mümkün qədər tez əldə ediləcək”, - Türkiyə xarici işlər naziri bildirib.