BAKI, 1 iyun. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen Inı “perspektivli gənc” adlandırıb.
Teleqraf xəbər verir ki, o, Şimali Koreya rəhbərinin diktator olmadığını da iddia edib.
“Şimali Koreya lideri Kim Çen In məndə çox güclü təəssürat yaratdı. O, ağıllı, gənc, perspektivli, əməkdaşlığa yönəlmiş gənc adamdır, diktator deyil”, - Lukaşenko deyib.
O əlavə edib ki, Kim Çen Inla çox yaxşı münasibətləri var.