BAKI, 11 may. TELEQRAF

Avropanın müstəqil şəkildə Rusiya ilə danışıqlara başlamasının vaxtı çatıb.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

O vurğulayıb ki, Avropa liderləri kimin vasitəçi ola biləcəyini müzakirə edir.

“Bəli, Rusiya ilə danışıqlara başlamağın vaxtıdır. Bunun nə vaxt baş verəcəyini bilmirəm. Məsələni Avropa liderləri ilə müzakirə etmişik və onlar təmasa keçəcəklər, amma vaxtı hələlik bilmirik. Əgər Amerikanın Rusiya və Ukraynaya qarşı siyasəti Avropanın maraqlarına xidmət etmirsə, onda biz özümüz birbaşa qarşılıqlı əlaqədə olmalıyıq”, - Finlandiya Prezidenti qeyd edib.

Stubbun fikrincə, ən vacib məsələ avropalılar, xüsusən də E5 dövlətləri (Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Polşa) ilə sərhəddə yerləşən Skandinaviya və Baltikyanı ölkələr arasında bütün addımların əlaqələndirilməsidir: “Bu, xüsusi nümayəndəmi, yoxsa liderlər qrupumu olacaq, görəcəyik”.

Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl jurnalistlərlə söhbətində bəyan etmişdi ki, Moskva Avropa ilə danışıqlara hazırdır.