BAKI, 28 aprel. TELEQRAF
“ABŞ müdafiə təmin etməkdən imtina edərsə, Avropanın ortaq nüvə çətiri ilə bağlı müzakirələr qaçılmaz olacaq”.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri, Yaşıllar Partiyasının nümayəndəsi Yoşka Fişer deyib.
“Əgər ABŞ Prezidenti Donald Tramp Avropanın üzərindəki nüvə çətirini qaldırsa, bu müzakirə qaçılmaz olacaq. Fransa və Böyük Britaniya ilə birlikdə Avropa üçün alternativ yaratmağa çalışmalıyıq. Əlbəttə, bunlar olduqca çətin və radikal dəyişikliklər olardı”, - Fişer bildirib.
Qeyd edək ki, Avropada ortaq nüvə çətirinin yaradılması ideyası Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gündəmdədir.