BAKI, 10 aprel. TELEQRAF
“Dünya liderləri Votsap (Whatsapp) messencerində Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, əsas beynəlxalq məsələləri müzakirə edirlər”.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer bildirib.
“Dünya liderlərinin iştirak etdiyi bir çox Votsap qrupu var. Xüsusilə Ukrayna kimi mövzuları müzakirə etmək, bir-birimizlə əlaqə saxlamaq üçün müxtəlif qruplar yaratmağa məcbur olmuşuq”, - Baş nazir deyib.
Starmer əlavə edib ki, o, Votsap fanatı, əlaqə üçün digər liderlərlə üzbəüz görüşə və ya telefonla ünsiyyət qurmağa üstünlük verir. Votsapda mesajlaşmaqdan ən çox zövq alan dünya liderlərindən hansının olması soruşulduqda o, Finlandiya Prezidenti Aleksandr Stubbın adını çəkib.