BAKI, 10 aprel. TELEQRAF

“Ukrayna Müdafiə Qüvvələri Pokrovsk şəhər aqlomerasiyası daxilində rus Rusiya qoşunlarını effektli şəkildə bloklayır. Bu, onların Dnepropetrovsk vilayətinə doğru hərəkətinin qarşısını alır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin mayoru Andrey Tkaçuk yerli KİV-ə deyib.

O bildirib ki, Pokrovsk ətrafında və şəhər aqlomerasiyası daxilində (Qrişin və Rodinskdə) ağır döyüşlər gedir, Ukrayna ordusu güclü müdafiə xətti qurub.

Tkaçuk xatırladıb ki, Rusiya Pokrovsku 2025-ci ilin payızının sonuna qədər ələ keçirməyi planlaşdırsa da, buna nail ola bilməyib:

“Artıq bu gün 2026-cı ilin aprel ayıdır, ruslar hələ də aqlomerasiyanı tam ələ keçirməyib. Bu da onların aqlomerasiya daxilində Pokrovsk-Mirnoqraddan qərb və şimala doğru hərəkətlərini dayandırır”.

Mayor aydınlaşdırıb ki, söhbət Rusiya qüvvələrinin Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə, eləcə də Drujkivka istiqamətində hərəkətini yavaşlatmaqdan gedir: “Ruslar burada uğurlu nəticə əldə etdikdən sonra Slavyansk-Kramatorsk aqlomerasiyasında daha mürəkkəb və genişmiqyaslı əməliyyat başlatmağı xəyal edirlər. Düşmənin 2026-cı ildə etmək istədiyi şey məhz budur”.

Tkaçuk vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri təşəbbüsü ələ keçirir və Rusiya qoşunlarının Slavyansk-Kramatorsk şəhər aqlomerasiyasına qarşı bu genişmiqyaslı hücum əməliyyatlarına başlamasının qarşısını alır:

“Amma ruslar dayanmaq niyyətində deyillər, başqa sözə ehtiyac yoxdur. Düşmənin potensialı, imkanları var. Hücumu davam etdirmək üçün çoxlu qüvvə və resurs toplayırlar. Bununla belə, hazırda cəbhədə təşəbbüs onlarda deyil. Bunu digər müxtəlif üsullarla, xüsusən də mülki əhalinin atəşə tutulması, terror və arxa şəhərlərdə terror hücumları kompensasiya edirlər”.