BAKI, 19 mart. TELEQRAF

“ABŞ və İsrail tərəfindən İranda başladılan müharibə qanunsuzdur”.

Teleqraf xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes deyib.

Baş nazir bildirib ki, Avropada heç kimin gözləmədiyi bu münaqişəyə diplomatik həll yolu tapılmalıdır.

“İspaniya hökuməti və bütün cəmiyyəti müharibəni ilk dəqiqədən qınadı, bunu dəstəkləmirik, qanunsuz hesab edirik. Təəssüf ki, artıq bu müharibəni təkcə insan itkiləri, köçkünlər və qaçqınlar baxımından deyil, həm də həmvətənlərimizin rifahı baxımından hiss etməyə başlamışıq”, - Pedro Sançes vurğulayıb.