BAKI, 10 mart. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri cənubda hücum əməliyyatı aparır və demək olar ki, artıq Dnepropetrovsk vilayətinin bütün ərazisini azad etməyi bacarıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-mayor Aleksandr Komarenko bildirib.
“Artıq ərazimizin 400 kvadrat kilometrdən çoxu azad edilib. Dnepropetrovsk vilayətinin ərazisinin demək olar ki, hamısı azad olunub. Cəmi üç kiçik yaşayış məntəqəsi üzərində iş başa çatdırılmalıdır və daha ikisi təmizlənməlidir”, - o deyib.
A. Komarenko əlavə edib ki, bu uğurlar sayəsində fevral ayında itiriləndən daha çox ərazi azad edilib.