BAKI, 26 sentyabr. TELEQRAF

“ABŞ Hind-Sakit okean bölgəsinə daha çox diqqət ayırmaq üçün Avropadakı hərbi mövcudluğunu azalda bilər”.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb “Politico”ya bildirib.

“Düşünürəm ki, diqqət bir az Hind-Sakit okean regionuna yönələcək və bu başa düşüləndir. Yəqin ki, buna uyğun olaraq, Avropadakı ABŞ qoşunlarının sayı azalacaq, amma nə qədər olduğunu bilmirik”, - Finlandiya lideri qeyd edib.

Stubbun sözlərinə görə, məsələ daha sonra müzakirə olunacaq: “Amma çox da narahat deyiləm, çünki Avropada hərbi mövcudluq ABŞ-nin strateji maraqlarına uyğundur”.