BAKI, 9 iyun. TELEQRAF
Özbəkistan Hərbi Hava Qüvvələrinin (HHQ) Döyüş Komandanlığı yaradılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın müdafiə naziri Şuxrat Xalmuxamedov "Uzbekistan 24" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bununla bağlı respublika prezidenti müvafiq fərman imzalayıb.