BAKI, 31 yanvar. TELEQRAF
“Fransa Prezidenti Emmanuel Makron həqiqətən Rusiya Prezidenti Vladimir Putinlə əlaqə qurmaq istəyirsə, bunu peşəkar kanallar vasitəsilə çatdırmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Əlbəttə, bu ictimai mesajları nəzərə alırıq, amma bir daha təkrar edirəm: əgər ciddi maraq varsa, bu, peşəkar kanallar vasitəsilə çatdırılmalıdır”, - diplomat qeyd edib.
Emmanuel Makron bundan əvvəl bildirib ki, Vladimir Putinlə danışıqlar növbəti həftələrdə baş tuta bilər. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Fransa Prezidentinin açıqlamalarını “meqafon diplomatiyası” adlandırıb.