BAKI, 18 oktyabr. TELEQRAF
Finlandiya Prezidenti Aleksandr Stubb oktyabrın 30-31-də Özbəkistanda rəsmi səfərdə olacaq.
Teleqraf xəbər verir ki, o, oktyabrın 31-də Daşkənddə Prezident Şavkat Mirziyoyevlə görüşəcək.
İki prezident arasında aparılan danışıqlar Finlandiya və Özbəkistan arasında ikitərəfli münasibətlər, geosiyasət və onun Avropa və Mərkəzi Asiya üçün regional təsirləri, Rusiya-Ukrayna müharibəsi, həmçinin çoxtərəfli sistemin dəstəklənməsi üzrə əməkdaşlıq məsələlərinə həsr olunacaq.
Səfər çərçivəsində Stubbın biznes forumda iştirakı, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində mühazirə oxuyacağı və xarici siyasət ekspertləri ilə görüşü gözlənilir.