BAKI, 24 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tokayev aktual geosiyasi məsələlərlə bağlı Makronla “saatları sinxronlaşdırıb”. O vurğulayıb ki, Fransa Qazaxıstanın Avropa İttifaqında əsas və etibarlı tərəfdaşıdır.
Stubb ilə görüşdə dünyadakı mövcud geosiyasi vəziyyətin müzakirəsinə xüsusi diqqət yetirilib. Finlandiya prezidentinin Qazaxıstana gözlənilən səfəri də müzakirə olunub. Qazaxıstan prezidentinin mətbuat xidməti səfərin tarixlərini dəqiqləşdirməyib.
Baş Assambleyanın sessiyası çərçivəsində Tokayev Belçika Baş naziri Bart de Vever ilə də görüşüb. Hər iki tərəf ikitərəfli məsələləri müzakirə edib. Söhbət zamanı Tokayev qeyd edib ki, Qazaxıstan Avropa İttifaqında əsas tərəfdaş olan Belçika ilə uzunmüddətli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.