BAKI, 8 iyun. TELEQRAF
Əfqanıstanın İqtisadiyyat Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edərək ölkəyə qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlərin davam etməsi ticarət və investisiyaya mənfi təsir göstərir, həmçinin Əfqanıstanda yoxsulluğun və işsizliyin artmasına səbəb olur.
Nazirliyin sözçüsü Əbdül Rəhman Həbibin sözlərinə görə, beynəlxalq ictimaiyyət humanitar məsələləri siyasiləşdirməməli və Kabilə humanitar yardım göstərməyə davam etməlidir.
Qeyd edək ki, 2021-ci ildə "Taliban" hakimiyyətə gəldikdən sonra BMT İslam Əmirliyinə pul köçürməsinə qarşı sanksiyalar tətbiq edib.