BAKI, 4 iyun. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Koreya Xalq Demokratik Respublikasından (KXDR) minaatanların daha bir modelini almağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Hərbi xəbərçi" teleqram kanalı 140 millimetrlik silahın fotosuna diqqət çəkib.

Fotoda KXDR istehsalı olan yedəklənmiş 140 mm-lik minaatan və silaha xidmət və təmir üçün standart aksessuarlar dəsti göstərilir.

Qeyd olunur ki, döyüş mövqeyində çəkisi 230 kiloqram olan minaatan səkkiz kilometrə qədər məsafədə hədəfləri vurmağa qadirdir.

Çəkisi 17,4 kiloqram olan 140 millimetrlik minada təxminən 3,5 kiloqram partlayıcı var. Minomyotun atəş sürəti dəqiqədə 10-12 atış təşkil edir.