BAKI, 1 iyun. TELEQRAF
Birləşmiş Ştatlar Asiya-Sakit Okean regionunu silahlandırır və buranı “barıt çəlləyinə” çevirir.
Teleqraf bu barədə Çin mətbuatı məlumat yayıb.
Çinin Xarici İşlər Nazirliyi ABŞ müdafiə naziri Piter Heqsetin bir gün əvvəl Sinqapurda Şanqri-La Dialoq beynəlxalq təhlükəsizlik forumunda verdiyi açıqlamaya bəyanatla cavab verib.
"Birləşmiş Ştatlar Asiya-Sakit okean regionunda sülh və sabitliyə xələl gətirən ən böyük amildir. Öz hegemonluğunu qorumaq və Hind-Sakit okean adlı strategiyasını təbliğ etmək üçün Cənubi Çin dənizi regionuna hücum silahları yerləşdirir. Bununla da Asiya-Sakit Okean regionunda gərginlik yaradır və onu "barıt çəlləyinə" çevirir", - Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.